İsayev Təbriz İsabala
Кiçik gizir
🇦🇿 Azərbaycan Şəhidi

İsayev Təbriz İsabala

Ata adı: İsabala

🐣
Doğum — Cəlilabad Bəcirəvan kəndi
🕊️
Şəhadət — Xocavənd Hadrut
📍
Dəfn Olunduğu Yer Cəlilabad Bəcirəvan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik gizir
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Cəbrayıl ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Təbriz İsayev 1993-cü il martın 12-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik giziri olan Təbriz İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz İsayev oktyabrın 10-da Hadrut döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Bəcirəvan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz İsayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz İsayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz İsayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz İsayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz İsayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Təbriz İsayev ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənə, torpağa bağlı olub, uşaqlıqdan arzusu hərbçi olmaq olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəlilabad rayonu, Bəcirəvan kənd tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: İsayev İsabala Qasım oğlu Ana: İsayeva Sərmayə Yaşar qızı Qardaş: İsayev Gündüz İsabala oğlu Qardaş: İsayev Pərviz İsabala oğlu Həyat yoldaşı: İsayeva Aygül Əlbaba qızı Qızı: İsayeva Nazlı Təbriz qızı Oğlu: İsayev İsa Təbriz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər