Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Saləddin
Tural İsayev 1992-ci il aprelin 11-də Siyəzən rayonunun Yenikənd kəndində anadan olub.
Azərbaycan Ordusunun çavuşu olan Tural İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural İsayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 31-də Siyəzən rayonunun Yenikənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural İsayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural İsayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural İsayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tural İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəsinin sözlərinə əsasən,Turalın uşaq yaşlarından hərbiyə marağı var idi. Hələ məktəb yaşlarında olarkən böyüyəndə hərbçi olacağını ailəsinə, ətrafındakı hər kəsə söyləyirdi. Tural vətənpərvər insan idi, buna görə də o bu müqəddəs peşəni, vətəni qorumağı özünə peşə kimi seçmişdi. Şəxsi həyatında isə şəhidimiz olduqca səmimi, mehriban insan idi. İnsanlarla yaxşı yola gedər, heç kimin xətrinə dəyməzdi. Əsgərlərinin ona xüsusi sevgisi və hörməti var idi. Çünki, Tural onların qayğısına qalar, onların problemləri ilə maraqlanardı. Məzuniyyətə gələndə əsasən, dostları və ailəsi ilə zaman keçirərdi. Məzuniyyətdə olduğu qısa zaman ərzində onların öz problemlərini həll etməsinə yardımçı olar, onlara dəstək olardı. Tural ətrafında olan, onu tanıyan hər kəsin hörmət və ehtiramını qazanmışdır.
Ata: İsayev Saləddin Nöhəttin oğlu Ana: İsayeva Gülminaz Mansur qızı Bacı: Mirzəyeva Xədicə Saləddin qızı