Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Firdovsi
Vüsal İsayev 1983-cü ildə Yevlax şəhərinin Xaldan kəndində anadan olub. Müxtəlif sahələrdə çalışsa da, Vətənə olan sevgisi 2014-cü ildə yenidən ordu sıralarında işləməyə sövq edib.Tibb xidməti kiçik çavuş sanitar təlimatçisi vezifəsində ön cəbhədə işləyib.İşində peşekar olub. Talışkənd, Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə yaralanan qəhrəman, öz yaralarına baxmayaraq, bir neçə döyüşcülərə yardım edib, neçə canlar xilas edib.
Oktyabr ayının 5-də Vüsal düşmənin xain pusqusuna düserek qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun Vətənə əmanət iki övladı qalıb.
Azərbaycan Ordusunun tibb xidməti kiçik çavuşu olan İsayev Vüsal Firdovsi oğlu 2014 cü il 25 iyun tarixinden sanitar təlimatçisi vezifəsində Aran qəsəbəsindəki N sayli hərbi hissədə xidmət etmişdir.2017 ci ilin dekabr ayinda təyinatla ön cəbhədə xidmət etmişdir. Vüsal İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal İsayev oktyabrın 5-də Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasina şəhid olmuşdur. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İsayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İsayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal İsayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd,ailəcanlı, vətənpərvər insan idi. Vüsal İsayev Suqovuşanın azad olunmasında xüsiusi fədakarlıq göstərib.
Ata: İsayev Firdovsi Əmiriaslan oğlu Ana: İsayeva Qəmərnisə Hüseyin qızı Bacı: Hüseyinova Günay Firdovsi oğlu Həyat yoldaşı: İsayeva Məryəm Ədalət qızı Qızı: İsazadə Leyla Vüsal qızı Oğlu: İsazadə Firdovsi Vüsal oğlu