İsgəndərli Səbuhi Yaşar
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İsgəndərli Səbuhi Yaşar

Ata adı: Yaşar

🐣
Doğum — Tərtər
🕊️
Şəhadət — Zəngilan Vejnəli kəndi
📍
Dəfn Olunduğu Yer Şəki Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Səbuhi İsgəndərli 25 iyun 2001-ci ildə Tərtər şəhərində anadan olmuşdur. Uşaq yaşlarında ailəsi ilə birgə Şəki şəhərinə köçmüşdür. 2007-2016-cı illərdə Şəki şəhər 11 saylı tam orta məktəbdə, 2016-2017-ci illərdə Şəki şəhər 12 saylı tam orta məktəbdə, 2017-2018-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi.

Səbuhi İsgəndərli 2019-cu ilin iyulundan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Çevik Hərəkat Dəstəsində müddətli həqiqi hərbi xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Səbuhi İsgəndərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi İsgəndərli 26 oktyabr 2020-ci ildə Zəngilan döyüşləri gedişatında rayonun Vejnəli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 29 oktyabr 2020-ci ildə Şəki şəhərində yerləşən "Dovşan düzü" qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu Səbuhi İsgəndərli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Zarafatcıl, mərd biri olub. Xidmət göstərdiyi hərbi hisssədə digərlərinə adı ilə müraciət edildiyi halda, Səbuhiyə “şəkili” deyə müraciət edirlərmiş. Sinif yoldaşlarına "mən əsgər olanda evinizdə arxayın yatarsınız, sizi də, bütün ölkəni də mən və mənim kimi oğullar qoruyacaq” deyirmiş. Bir dəfə də müəlliminə “əgər müharibə başlayarsa könüllü cəbhəyə gedəcəm və düşmənlərimizdən qisasımızı alacağam” deyib, müəllimi isə ona “axı sən azyaşlısan” deyəndə cavabında “Şah İsmayıl Xətai taxta çıxanda 14 yaşı vardı” deyib. Komandiri isə “bölüyümün gözü” deyirmiş.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəki şəhər 18 saylı məktəb
İş Yeri Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mustafayev Yaşar İsgəndər oğlu Ana: Mustafayeva Gülnarə Camal qızı Bacı: İsgəndərli Lalə Yaşar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər