Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Akif
Elvin İsgəndərov 1998-ci il avqustun 14-də Şabran rayonunda anadan olub.
Elvin İsgəndərov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Elvin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elvin İsgəndərov oktyabr 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Cəsur döyüşçü " medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ailəcanlı, tərbiyəli, mehriban, həm yaxşı ata, həm də yaxşı övlad olub.
Ata: İsgəndərov Akif Əlbəndər oğlu Ana: İsgəndərova Xuraman Mahmud qızı Qardaş: İsgəndərov Elçin Akif oğlu Bacı: İsgəndərova Nuranə Akif qızı Həyat yoldaşı: İsgəndərova Səmayə Güləhməd qızı Qızı: İsgəndərli Səlimə Elvin qızı Qızı: İsgəndərli Nuray Elvin qızı Oğlu: İsgəndərli Cəsur Elvin oğlu