İsgəndərov Emil Vaqif
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

İsgəndərov Emil Vaqif

Ata adı: Vaqif

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Emil İsgəndərov 1990-cı il avqustun 5-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonundan idi. Ailəli idi. 2017-ci il doğumlu İbrahim və 2020-ci il doğumlu Nicat adında 2 oğlu yadigar qaldı.
Emil İsgəndərov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Emil İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil İsgəndərov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil İsgəndərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ciddi, məsuliyyətli, işini sevən, mehriban, böyüyə hörmət edən bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sumqayıt şəhər 10 saylı orta məktəb
İş Yeri Daxili Qoşunlar
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: İsgəndərova Aygün Rəsul qızı Oğlu: İsgəndərov İbrahim Emil oğlu Oğlu: İsgəndərov Nicat Emil oğlu Ata: İsgəndərov Vaqif Eyvaz oğlu Ana: İsgəndərova Tənzilə Umud qızı Qardaş: İsgəndərov İsgəndər Vaqif oğlu Qardaş: İsgəndərov Əli Vaqif oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər