İsgəndərov Şahmurad Natiq
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İsgəndərov Şahmurad Natiq

Ata adı: Natiq

🐣
Doğum — Şamaxı Göylər kəndi
🕊️
Şəhadət — Bakı
📍
Dəfn Olunduğu Yer Şamaxı Göylər kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şahmurad İsgəndərov 17 dekabr 1996-cı ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-cü ildə Əlisuvar Məmmədov adına 1 saylı Göylər kənd məktəbinə daxil olmuşdur. Məktəb illərindən idmana marağı olan Şahmurad məktəbin güləş dərnəyinə yazılmış, rayon və respublika səviyyəli yarışlarda fərqlənmişdir. 9-cu sinfi uğurla başa vurduqdan sonra öz istəyi ilə Şamaxı Humanitar Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasına daxil olmuş, 28 iyun 2016-cı il tarixində əla qiymətlərlə məzun olmuşdur. Elə həmin ilin iyul ayında Quru Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətə yollanmışdır. Nümunəvi hərbi xidmətlə fərqləndiyi üçün həmin dövrdə valideynlərinə təşəkkürnamə göndərilmişdir. Hərbi xidməti başa vurduqdan sonra Göylər kəndinə qayıdan Şahmurad bir müddət sonra Türkiyə Respublikasına getmiş, 1 ay müddətində kurslarda iştirak etmişdir. İştirak etdiyi kursları başa vurduqdan sonra yenidən Azərbaycana qayıtmış və ixtisasına uyğun olaraq özəl peşə fəaliyyəti ilə məşğul olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Şahmurad İsgəndərov 29 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Şahmurad İsgəndərov Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. O, daha sonra Ağdərə istiqamətində gedən döyüşlər zamanı 16 oktyabrda ağır yaralanıb və 32 gün xəstəxanada müalicə aldıqdan sonra 17 noyabr tarixində şəhid olub. Şamaxı rayonunun Göylər kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Şahmurad İsgəndərov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Çox səxavətli, ailəcanlı, zəhmətkeş və ailənin bütün öhdəçiliyini üzərinə götürən bir gənc olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şamaxı rayon Göylər kəndi Ə.Məmmədov adına 1-saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İsgəndərov Natiq Şahpələng oğlu Ana: İsgəndərova Kəmalə Rəsul qızı Qardaş: İsgəndərli Alim Natiq oğlu Qardaş: İsgəndərli Ömər Natiq oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər