İskəndərli Kamran Yaşar
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İskəndərli Kamran Yaşar

Ata adı: Yaşar

🐣
Doğum — Cəlilabad
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Cəlilabad Şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İsgəndərli Kamran Yaşar oğlu 29 iyun 1997-ci ildə Cəlilabad raryonunda dünyaya göz açıb. İki bacının tək qardaşı olan Kamran gözəl səsə malik olduğu üçün məscidlərdə azan verərdi. Hətta azad olunmuş torpaqlarımızda azan verib.

Azərbaycan Ordusunun əsgəri olan Kamran İsgəndərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Kamran İsgəndərli 21 oktyabr 2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Kamran İsgəndərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Kamran İsgəndərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Kamran İsgəndərli  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, mərd, vətənpərvər gənc idi. Vətənini çox sevirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəlilabad rayon Nizami adına 1 saylı tam orta məktəb
Ali Təhsil Bakı Dövlət Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İskəndərov Yaşar Maşallah oğlu Ana: İskəndərova Qətibə Məhəmmədhüseyin qızı Bacı: İskəndərli Türkan Yaşar qızı Bacı: İskəndərli Səbinə Yaşar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər