namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Vahid
Anar Vahid oğlu İskəndərov 2001-ci il avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Anar İskəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Anar İsgəndərov oktyabrın 5-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar İsgəndərov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Sakit təbiətli, mehriban, ailəcanlı, vətənpərvər insan olub.
Ata: İskəndərov Vahid Fərhad oğlu Ana: İbrahimova Validə İsmixan qızı Bacı: İskəndərova Aidə Vahid qızı