İskəndərov Əhmədağa Novruz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İskəndərov Əhmədağa Novruz

Ata adı: Novruz

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Kürdəxanı qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əhmədağa İskəndərov 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli pilot-orta məktəbin birinci sinifinə gedib. 2007-ci ildə həmin məktəbi bitirib və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərərək 614.75 bal toplamış, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakültəsinin Menecment ixtisasına qəbul olmuş və əlaçı təqaüdünə layiq görülmüşdür. Universitetdə təhsil aldığı müddətdə ixtisasını dərindən mənimsəməyə çalışmış və ixtisas fənlərinə daha çox diqqət yetirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olmuş və elə həmin ildəcə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağrılmışdır. Mingəçevir şəhərində “N” saylı hərbi hissədə xidmət etmiş və 2012-ci ildə xidmətini başa vurmuşdur. Ailəli idi. Bir övladı var.
Hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir sıra təkmilləşdirmə kurslarında iştirak etmişdir. 2013-cü ildə satış və distrübütorluq sektorunda ölkənin aparıcı şirkətlər qrupu olan Veysəloğlu Qrupda İnsan resursları mütəxəssisi olaraq peşəkar fəaliyyətinə başlamış və həmin şirkətdə İnsan resursları əməliyyatları bölmə müdiri vəzifəsinə qədər yüksəlmişdir. 2018-ci ildən etibarən peşəkar fəaliyyətini ölkənin önəmli restoranlarını özündə birləşdirən Saffron Restoranlar Qrupunda davam etdirməyə başlamışdır. Əhmədağa İskəndərov Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, Kadr inzibatçılığı və əmək haqqı sahəsində ölkənin aparıcı ekspertlərindən biri olmuşdur.
 

Azərbaycan Ordusunun əsgəri olan Əhmədağa İskndərov 21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılmış, 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsi”nin ilk günlərindən cəbhədə dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərə qatılmışdır. Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində ordumuzun uğurlu əməliyyatlarında iştirak etmişdir. 07.10.2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 15.12.2020-ci il tarixində “Vətən uğrunda” və 24.12.2020 -ci il tarixində “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Əhmədağa İskəndərov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, mərd, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli pilot-orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakültəsinin Menecment ixtisası
İş Yeri Saffron Restoranlar Qrupu
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: İskəndərov Novruz

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər