İslamlı Ruhid Uğur
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İslamlı Ruhid Uğur

Ata adı: Uğur

🐣
Doğum — Lerik Çeşman kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Bakı Dədə Qorqud qəsəbəsi Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ruhid Uğur oğlu İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olub. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş böyüyüblər. 2000-ci ildə ailə Bakıya köçüb. Ruhis 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedib. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 №-li məktəbdə təhsilini davam etdirib. Təhsil aldığı müddətdə hələ kiçik yaşlarından Ruhid cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub, yarışlarda iştirak edib. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarına qatılıb, 1 və 2-ci yerləri qazanıb. Həmçinin məktəb fəaliyyəti dövründə də intellektual yarışlara, viktorinalara, olimpiadalara qatılıb, özü də bir sıra yarışlar, flaşmoblar və s. təşkil edib. Ruhid intellektual və vətənpərvər gənc olub. Naxçıvan Dövlət Universitetinin məzunu, ixtisasca psixoloq idi. Sosial şəbəkələrdəki təbliğatlarında, çıxışlarında həmişə şəhid mövzularına üstünlük verərdi.

Ruhid 2020-ci ilin yayında hərbi xidmətə çağırılıb. Vətən müharibəsi dövründə Talış kəndi və Suqovuşan istiqamətlərində döyüşüb. Oktyabrın 6-ı müharibənin qızğın dövründə eyni istiqamətində şəhid olub.

Ölümündən sonra şəhid Ruhid Uğur oğlu İslamlı Prezidentin Sərəncamları əsasında "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşcü" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, qayğıkeş insan olub. Psixoloq kimi əsgər yoldaşlarına kömək edib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 315 saylı orta məktəb
Ali Təhsil Naxçıvan Müəllimlər İnstitutu, psixologiya fakultəsi
İş Yeri Psixoloq
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İslamov Uğur Saxrətəli oğlu Ana: Şükürova Təranə Ağaşirin qızı Bacı: Nəsirova Fatma Uğur qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər