İslamov Elvin Elçin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İslamov Elvin Elçin

Ata adı: Elçin

🐣
Doğum — Bakı Yasamal rayonu
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elvin Elçin oğlu İslamov 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 158 saylı orta məktəbi bitirmişdir. Əslən Xızıdan olan İslamov 2013–2014-cü illərdə Xocavənd rayonunda hərbi xidmətdə olmuşdur. O, əsgərliyini başa vurduqdan sonra Dövlət Bayrağı Meydanında mühafizəçi işləmişdir.

Elvin İslamov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. İslamov 9 oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 29-da onu və yoldaşlarını döyüş zonasından götürə biliblər. Elvin İslamov oktyabrın 30-da dəfn edilmişdir. 2020-ci ilin dekabrında Bakının Yasamal rayonunda onun adına şəhid bulağı tikilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İslamov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin İslamov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İslamov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin İslamov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin İslamov ölümündən sonra III dərəcəli “Vətənəxidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Elvin qorxmaz və olduqca cəsarətli olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yasamal rayon, 158 saylı tam orta məkrtəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İslamov Elçin Söhbət oğlu Ana: İslamova Sevinc Cabir qızı Bacı: İslamova Yeganə Elçin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər