İsmayıllı Şamil Kamil
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İsmayıllı Şamil Kamil

Ata adı: Kamil

🐣
Doğum — Tərtər Dəmirçilər kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Tərtər Dəmirçilər kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şamil İsmayıllı 1993-cü il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Şamil İsmayıllı 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Şamil İsmayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Şamil İsmayıllı oktyabr 19-da  Suqovuşan ətrafında gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil İsmayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şamil İsmayıllı ölümündən sonra "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunması uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Şamil İsmayıllı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Yoldaşının dediyinə görə, ailəcanlı, vətənpərvər, ailəsinin qayğısına qalan, dostları arasında hörmət qazanan, işinə sədaqətli yanaşan bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tərtər rayon Dəmirçilər kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: İsmayılov Kamil Əziz oğlu Ana: İsmayılova Səlminaz Müseyib qızı Həyat yoldaşı: İsmayıllı Könül Zabil qızı Qızı: İsmayıllı Nərgiz Şamil qızı Qızı: İsmayıllı Səma Şamil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər