Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Asif
İsmayılov Cavid Asif oğlu 22.10.2001-ci ildə Salyan rayonunun Sarvan kədində anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Fizuli, Cəbrayıl,Şuşa istiqamətində gedən döyüşlərdə sürücü kimi iştirak etmişdir
Xüsusi Təyinatlı Qüvvələrin 19 yaşlı əsgəri olan Cavad İsmayılov 17.12.2020-ci ildə idarə etdiyi “KamAz” markalı yük maşının minaya düşməsi nəticəsində şəhid olub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid İsmayılov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Cavid İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Vətənpərvər, cəsur , insan idi.
Ata: İsmayılov Asif İsabala oğlu 04. 07.1968 Ana: İsmayılova Zinyət Zərbala qızı 13.02.1971 Bacı: Mirzəzadə Ayşən Asif qızı 11.04.1992