Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Abbas
İsmayılov Ceyhun Abbas oğlu 30 dekabr 1985-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2004-cü ildə Gəncə şəhər 40 nömrəli tam orta məktəbi bitirmişdir.İsmayılov Ceyhun Abbas oğlu 30 dekabr 1985-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2004-cü ildə Gəncə şəhər 40 nömrəli tam orta məktəbi bitirmişdir.
2004-2006-cı illərdə Dövlət Sərhəd Xidmətində xidmət etmiş, 2008-ci ildə Müdafiə Nazirliyinin SQ Təlim Tədris Mərkəzinə MAHHX HQ təyin edilmişdir.
2013-cü ildə gizir hazırlığı kursu keçmiş, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində qulluq etmiş, gizir hərbi rütbəsi almışdır.
Xidməti dövründə bir sıra təltiflərə layiq görülmüşdür. İsmayılov Ceyhun Abbas oğlu “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, "Qüsursuz xidmətlərə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Ceyhun İsmayılov II Qarabağ Müharibəsində Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşdə “N” saylı hərbi hissənin komandiri kimi şəhid olmuşdur. 2 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.
İsmayılov Ceyhun Abbas oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İsmayılov Ceyhun Abbas oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Ailəsini sevən, vətənpərvər insan olub.
Ata: İsmayılov Abbas Kamil oğlu Ana: İsmayılova Turanə Bayram qızı Qardaş: İsmayılov Elçin Abbas oğlu Həyat yoldaşı: Tahirova Gülnarə Aman qızı Oğlu: İsmayılov İlkin Ceyhun oğlu Qızı: İsmayılova Mədinə Ceyhun qızı Oğlu: İsmayılov Raul Ceyhun oğlu