Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Murad
Fuad İsmayılov 1986-cı il oktyabrın 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1993-2002-ci illərdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alıb. Ailəli idi. Xəyal və Yusif adlı 2 oğlu yadigar qaldı.
Fuad İsmayılov 2009-cu ildən "leytenant" rütbəsi alaraq hərbi vəzifəyə başlayıb. 2012-ci ildə "baş leytenant", 2016-cı ildə "kapitan", 2020-ci ildə "mayor" rütbəsi alıb.
Azərbaycan Ordusunun mayoru olan Fuad İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad İsmayılov oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fuad İsmayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fuad İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Mərd, cəsur insan idi.
Ata: İsmayılov Murad Həyat yoldaşı: İsmayılova Nərmin Oğlu: İsmayılov Xəyal Oğlu: İsmayılov Yusif