İsmayılov Natiq Əjdər
Mayor
🇦🇿 Azərbaycan Şəhidi

İsmayılov Natiq Əjdər

Ata adı: Əjdər

🐣
Doğum — Qəbələ Bunud kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Qəbələ Bunud kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mayor
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Natiq İsmayılov 1980-ci il martın 5-də Qəbələ rayonunun Bunud kəndində anadan olub. 8-ci sinifə qədər Qəbələ rayon Bunud kənd tam orta məktəbində, sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. Təhsilini Hərbi Akademiyada davam etdirmişdir. Ailəli idi. Dörd övladı yadigar qaldı.
Ali təhsilini bitirdikdən sonra Natiq İsmayılov "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır. Naxçıvanda, Qusarda və Murovdağda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.

Natiq İsmayılov 1-6 aprel 2016-cı ildə baş verən Aprel döyüşlərində vuruşmuşdur. 2020-ci ildə ehtiyata buraxılmışdır.

Azərbaycan Ordusunun mayoru olan Natiq İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə səfərbərlik çağırışına qoşularaq savaşıb. Natiq İsmayılov oktyabrın 17-də Füzuli rayonu istiqamətində şəhid olub. Qəbələ rayonunun Bunud kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Natiq İsmayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texniкasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq İsmayılov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Natiq İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, vətənpərvər, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qəbələ rayonu Bunud kənd orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: İsmayılov Əjdər Ana: İsmayılova Tamara Həsən qızı Həyat yoldaşı: İsmayılova Nigar Nəzir qızı Oğlu: İsmayılzadə Ömər Natiq Qızı: İsmayılzadə Gülər Natiq Oğlu: İsmayılzadə Davud Natiq Oğlu: İsmayılzadə Behbud Natiq

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər