Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Qədim
Orxan İsmayılov 1990-cı il sentyabrın 24-də Qusar rayonunun Həsənqala kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Orxan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan İsmayılov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan İsmayılov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Orxan İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Yaxşı oğul, yaxşı həyat yoldaşı, qayğıkeş ata idi. Övladlarını və həyat yoldaşını çox istəyirdi. Vətənpərvər oğul idi, döyüşlərdə fəal iştirak edirdi.
Yaxşı döyüşdüyünə görə Müdafiə Nazirliyi tərəfindən fəxri fərman və medallarla təltif edilmişdi. Aprel döyüşlərində iştirak etmişdi.
Ata: İsmayılov Qədim Pirim oğlu Ana: İsmayılova Zərinşah Nəsirəddin qızı Bacı: Osmanova Şəhanə Qədim qızı Həyat yoldaşı: İsmayılova Möhlizar Şərafəddin qızı Qızı: İsmayılova Yağmur Orxan qızı Oğlu: İsmayılova Səid Orxan oğlu