İsmayılov Rabil Elburus
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

İsmayılov Rabil Elburus

Ata adı: Elburus

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rabil İsmayılov 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. 1987-1997-ci illərdə M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi riyaziyyat" üzrə ali təhsil alıb, 2002-2003-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) "Riyaziyyat" üzrə magistr dərəsi üzrə təhsil alıb. 2017-ci ildən M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı.
Rabil İsmayılov 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun leytenantı olan Rabil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rabil İsmayılov noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Rabil İsmayılov dəqiq, vətənpərvər insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 14 saylı orta məktəb
Ali Təhsil Bakı Dövlət Universiteti
İş Yeri Gəncə şəhəri, 14 saylı orta məktəb, riyaziyyat müəllimi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: İsmayılov Elburus İsmayıl oğıu Ana: İsmayılova Heyran Qarakişi qızı Qardaş: İsmayılov Vüsal Elburus oğlu Həyat yoldaşı: İsmayılova Leyla Loğman qızı Oğlu: İsmayılov Amil Rabil oğlu Oğlu: İsmayılov Kamran Rabil oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər