Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Məmmədağa
Rövşən İsmayılov 1999-cu il oktyabrın 30-da Bakı şəhərində anadan olub. 2005-2016-cı illərdə Binəqədi rayonunda 83 nömrəli məktəb-liseydə təhsil alıb. 2016-2020-ci illərdə Azərbaycan Kooperasiya Universitetində (AKU) "Maliyyə" ixtisası üzrə ali təhsil alıb. Subay idi.
Rövşən İsmayılov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Rövşən İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb.
Müharibə zamanı "N" saylı hərbi hissədə yaradılan "Həmlə" taborunun baş atıcısı olan Rövşən İsmayılov oktyabrın 3-də döyüşlər zamanı əlindən və üzündə qəlpə yarası alaraq hərbi hospitala aparılır. Oktyabrın 18-nə qədər hospitalda olmaq haqqında sərəncam verilsə də, oktyabrın 7-də bir neçə döyüş yoldaşı ilə birgə müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə yollanır.
Rövşən İsmayılov oktyabrın 13-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə ağır döyüşə daxil olan bölüyün heyətində olur. Həmin bölüyün heyətində olan əsgərlər Ağdərə istiqamətində Ermənistan Ordusunun səngərinə qədər daxil olmağı bacaran yeganə qrup olur. Rövşən İsmayılov oktyabrın 13-də snayper gülləsi nəticəsində şəhid olub. Noyabrın 19-da Binəqədi rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən İsmayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Rövşən İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Mülayim, vətənpərvər, böyüklərə hörmət edən biri olub.
Ata: İsmayılov Məmmədağa Rövşən oğlu Ana: İsmayılova Təranə Rzalı qızı Bacı: İsmayılova Sara Məmmədağa qızı Qardaş: İsmayılzadə Kamal Məmmədağa oğlu