İsmayılov Ruslan Eyvaz
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İsmayılov Ruslan Eyvaz

Ata adı: Eyvaz

🐣
Doğum — Gürcüstan Marneuli rayonu
🕊️
Şəhadət — Murovdağ Murovdağ
📍
Dəfn Olunduğu Yer Göygöl Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Murovdağ ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ruslan İsmayılov 1 aprel 1986-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1992-ci ildə Göygöl rayon Çaykənd kənd ümumi orta məktəbinin 1-ci sinfinə getmişdir. 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 
2004-cü ilin aprel ayından 2006-cı ilin aprel ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2016-cı ildə "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ruslan İsmayılov 27 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü”,  "Vətən uğrunda" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Ruslan İsmayılov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qoçaq insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göygöl rayon, Çaykənd kənd orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana: İsmayılova Fənurə Əhməd qızı Bacı: İsmayılova Könül Eyvaz qızı Həyat yoldaşı: İsmayılova Saniyə Vitali qızı Oğlu: İsmayılov Ramiz Ruslan oğlu Oğlu: İsmayılov Nihat Ruslan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər