İsmayılov Sakit İsmayıl
MAHHXHQ kiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

İsmayılov Sakit İsmayıl

Ata adı: İsmayıl

🐣
Doğum — Şəki Aran kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Şəki II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ kiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Sakit İsmayılov 1985-ci il yanvarın 7-də Şəki rayonunda Aran kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.

Sakit İsmayılov 2003-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2011-2018-ci illərdə manqa komandiri olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Sakit İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sakit İsmayılov oktyabrın 23-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sakit İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sakit İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sakit İsmayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Sakit İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Təmizkar, ailəcanlı, qayğıkeş, məsuliyyətli, məsləhətverən xarakterli biri olub. Can dostu şəhid olan zaman ağlayaraq deyirmiş ki, onun qisasını alacağam. Bayram vaxtlarında oğlunu hərbi hissələrə aparıb vətən sevgisini aşılayırmış. Hərbi texnikalarla tanış edib öyrədirmiş. İşğal altında olan rayonların siyahısını verib deyirmiş ki, bunları əzbərlə və heç zaman unutma.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəki rayonu, Aran kənd məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: İsmayılov İsmayıl İbrahim oğlu Ana: İsmayılova Güldərən Camaləddin qızı Bacı: İsmayılova Sevinc İsmayıl qızı Qardaş: İsmayılov Ruslan İsmayıl oğlu Həyat yoldaşı: İsmayılova Gülmira Aspandarovna Oğlu: İsmayılov Xəyal Sakit oğlu Qızı: İsmayılova Mələk Sakit qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər