Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Sabir
Səxavət 1997-ci il avqustun 19-da Beyləqanın Dünyamalılar kəndində dünyaya göz açıb. Atası Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Səxavət də böyüyəndə hərbçi olmağı arzulayırdı. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən qəhrəmanımız hər zaman həmyaşıdlarından fərqlənib. Atası Sabir kişi ilə hər söhbətində düşmənə qarşı nifrəti daha da artıb, torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb.
Şəhidin atası Sabir İsmayılov deyir ki, həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerinə yetirən Səxavət nizamlı və xidmətinə görə fəxri fərmanla təltif edilib. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq xidmətçi kimi fəaliyyətini davam etdirmək istəsə də, bu arzusu reallaşmayıb. Daha sonra mülki işdə çalışmağa başlayan Səxavət Tovuz döyüşlərində könüllü olaraq Səfərbərlik Xidmətində qeydiyyata alınmaq üçün müraciət edib. Vətən müharibəsi ərəfəsində isə Səxavətə gələn çağırış sanki onun ən böyük arzusunun gerçəkləşməsi idi.
Döyüşlərdə göstərdiyi şücaətə görə İsmayılov Səxavət Sabir oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu İsmayılov Səxavət Sabir oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, qayğıkeş, məsulliyyətli, mehriban, dostcanlı insan kimi xatırlanır.
Ata: Cəbrayılov Sabir İsmayıl oğlu Ana: Cəbrayılova Xalidə Qoca qızı Qardaş: İsmayılov Sahil Sabir oğlu Bacı: İsmayılova Hürzad Sabir qızı