Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Səndəl
Taleh İsmayılov 1986-ci il 26 noyabr Lənkəran rayonunun Boladı kəndində anadan olub. 2009-cu ildə ailə həyatı qurmuşdur. Ailəli idi. 3 övladı yadigar qaldı.
2004-cü ildə Goranboy rayonu "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci il yanvarında Ağcabədi rayon "N" saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdı. 2016-cı il Aprel döyüşlərində də iştirak etmiş.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin və Ağdam rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 44 günlük Vətən müharibəsinin 39 gününü döyüşlərdə iştirak edən Taleh İsmayılov Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı 4 noyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovun 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Taleh İsmayılov “Füzulinin azad olunmasına görə” medalı ilə ilə tətif edilib.
Sakit, hər kəsi düşünən, kinsiz, ailəcanlı, vətənpərvər, dostcanlı, övladlarına bağlı bir insan idi.
Ata: İsmayılov Səndəl Hacıbala oğlu Ana: İsmayılova Nargilə Əmir qızı Qardaş: İsmayılov Vüsal Səndəl oğlu Qardaş: İsmayılov Vüqar Səndəl oğlu Bacı: Bağırova Ceyran Səndəl qızı Həyat yoldaşı: İsmayılova Gülay İbrahim qızı Oğlu: İsmayılov Murad Taleh oğlu Oğlu: İsmayılov Yaqub Taleh oğlu Oğlu: İsmayılov Yusif Taleh oğlu