3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
Ata adı: Əflatun
İsmayılov Veyis Əflatun oğlu 1996-ci il fevralın 23-də Yevlax rayonunda anadan olub, ailənin sonbeşiyidir. 2001-2005-ci ildə Yevlaxda 9 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə isə ailəsi ilə birlikdə Bakıya gələrək təhsilini Zabrat qəsəbəsi 307 saylı orta məktəbdə davam etdirib. 2014-cü ildə Qazax rayonunda hərbi xidmətdə olub. Vətən müharibəsində manqa komandiri kimi iştirak edən Veyis İsmayılov oktyabrın 13-də Suqovuşan istiqamətində ayağından qəlpə yarası alır və qanitirmədən şəhid olur. Onun cəsədi 35 gündən sonra tapılaraq noyabrın 17-si Bakıya gətirilərək dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayılov Veyis ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmayılov Veyis ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmayılov Veyis ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu İsmayılov Veyis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, mərd insan idi.
Ata: İsmayılov Əflatun Hümbət oğlu Ana: İsmayılova Zeynəb Xudavarlı qızı Qardaş: İsmayılov Hüseyn Əflatun oğlu