İsmayılov Vüqar Məmmədqasım
Kiçik leytenant
🇦🇿 Azərbaycan Şəhidi

İsmayılov Vüqar Məmmədqasım

Ata adı: Məmmədqasım

🐣
Doğum — Şabran
🕊️
Şəhadət — Xocalı Dağyurd kəndi
📍
Dəfn Olunduğu Yer Şabran Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kiçik leytenant
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

İsmayılov Vüqar Məmmədqasım oğlu 17 oktyabr 1992- ci ildə Şabran rayonunda anadan olmuşdur. 1999- cu ildə Şabran rayonu Samir Zülfüqarov adına  3 saylı tam orta məktəbə qəbul olmuşdur. Həmin ildən sambo idman növü ilə məşğul olmağa başlamış, dəfələrlə Respublika üzrə yarışlarda 1- ci yerlə layiq görülmüşdür. Məktəbi bitirdikdən sonra 2010- cu ildə hərbi xidmətə yollanmışdır. 
2013- cü ildən Azərbaycan Respublikasının Daxili Qoşunlarında Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayır. Daxili İşlər Nazirliyində keçirilən sambo və cudo yarışları üzrə dəfələrlə birinciliyə layiq görülmüşdür. 
2019- cu ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmətə başlayır. 
İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak etmiş, iki dəfə yaralanmış, buna baxmayaraq müharibənin son gününə qədər vuruşmuşdur. 
“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan İsmayılov Vüqar Məmmədqasım oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı 23 sentyabr 2023- cü ildə Xocalı rayonu Dağyurd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsmayılov Vüqar Məmmədqasım oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və   3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.  
Şəhid kiçik leytenant İsmayılov Vüqar Məmmədqasım oğlu Şabran rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Samir Zülfüqarov adına 3 saylı tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İsmayılov Məmmədqasım İsa oğlu Ana: İsmayılova Şəmsiyyə Qurbanəli qızı Qardaş: İsmayılov Asif Məmmədqasım oğlu Bacı: İsmayılova Təranə Məmmədqasım qızı Bacı: İsmayılova Pəri Məmmədqasım qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər