İsmayılov Vüsal Nəbi
Baş gizir
🇦🇿 Azərbaycan Şəhidi

İsmayılov Vüsal Nəbi

Ata adı: Nəbi

🐣
Doğum — Oğuz Xalxal kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Oğuz Xalxal kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vüsal İsmayılov 1980-cı il aprelin 9-da Oğuz rayonunun Xalxal kəndində anadan olub. 1986-1997-ci illərdə Y. Şəfiyev adına Xalxal kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı.
Vüsal İsmayılov 1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Xidməti ərzində Piyadanın Döyüş Maşınında (PDM) Maşın Komandiri vəzifəsində xidmət edib və 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun baş giziri olan Vüsal İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal İsmayılov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Xalxal kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Vüsal İsmayılov ölümündən sonra "Döyüşdə fərqlənəməyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Vüsal olduqca sakit təbiətli, vətənpərvər, mehriban, ailəsinə bağlı olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yaşar Şəfiyev adına Xalxal kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əhmədov Nəbi İsmayıl oğlu Ana: Əhmədova Məhalət Atılı qızı Arvadı: İsmayılova Nərmin Bahadur qızı Qızı: İsmayılova Ləman Vüsal qızı Oğlu: İsmayılov İbrahim Vüsal oğlu Oğlu: İsmayılov Röyal Vüsal oğlu Qardaş: hmədov Xəyal Nəbi oğlu Bacı: Əhmədova Vəfa Nəbi qızı Bacı: Əhmədova Ülviyyə Nəbi qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər