Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ramil
Sevindik İsmayılzadə 30 noyabr 1998-ci ildə Saatlı rayon məcburi köçkünlər üçün salınmış Qaranuru kəndi 2 nömrəli çadır şəhərciyində dünyaya gəlmişdir. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir. 2005-ci ildə Bakı şəhəri, Qaradağ rayon Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Burada 3 il təhsil aldıqdan sonra Füzuli rayon 49 nömrəli tam orta məktəbində təhsilini davam etdirərək, 9 illik orta təhsilini başa vurmuşdur. 2014-cü ildə ailə vəziyyəti ilə bağlı Biləsuvar rayon məcburi köçkünlər üçün salınmış Cəbrayıl şəhərciyinə köçmüşdür. O, burada təhsilini Çərəkən kənd Vahid İsmayılov adına tam orta məktəbində davam etdirmiş, daha sonra əvvəlki təhsil aldığı məktəbə qayıdaraq tam orta təhsilini tamamlamışdır. 24 iyul 2017-ci ildə Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə xidmətinə başlamışdır. Daha sonra Bakı şəhəri, Pirəkəşkül qəsəbəsində yerləşən N sayılı hərbi hissədə Daxili Sərhəd Qoşunlarında kəşfiyyatçı vəzifəsini icra edərək xidmətinə davam etdirmişdir. O, burada olduğu müddətdə etdiyi xidmətinə görə fəxri fərmanla təltif edilmişdir. Hərbi xidmət müddətində Xüsusi Təyinat kursunda snayper təlimi alaraq kursu başa vurmuşdur.
27 yanvar 2019-cu ildə hərbi xidmətini bitirərək, Biləsuvar rayonu Cəbrayıl şəhərciyinə geri qayıtmışdır. Azərsun Qida Sənayesinin əvvəlcə əkin sahəsində, daha sonra paketləmə sahəsində işləmişdir. Sonra Biləsuvarda yerləşən xalçaçılıq fabrikində işləmək üçün 16 sentyabr 2019-cu ildə Cəbrayıl peşə məktəbinə daxil olmuş və 18 iyun 2020-ci il tarixində məzun olmuşdur. Məzun olduqdan sonra Bakı şəhərinə gedərək əvvəlcə restoran olmaqla daha sonra bir neçə işdə ( tikinti, daş karxanası və s.) işləmişdir. Son olaraq FAB Boya kimya sənaye şirkətində işə başlamış, burada müəyyən müddət işləmişdir. İşlədiyi müddət ərzində 27 sentyabr tarixində başlamış Vətən Müharibəsi başlamış, qismən səfərbərlik elan olunmuşdur. 9 oktyabr 2020-ci ildə Sevindik Binəqədi rayonunda yerləşən çağırış məntəqəsinə yollanmışdır. Əvvəl çağırılmasa da, sonra könüllü əsgər olaraq çağırılmış, Ağcabədi rayonuna göndərilmişdir. Sevindik bir müddət burada xidmətini davam etdirdikdən sonra özünün təkidi ilə ön cəbhəyə, Füzuli rayonuna xidmətini davam etdirmək üçün göndərilmişdir. Könüllü əsgər Sevindik İsmayılzadə Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və 20 oktyabr 2020-ci ildə həmin döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.Biləsuvar rayon Cəbrayıl şəhərciyindəki 3 saylı qəsəbə məzarlığında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sevindik İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sevindik İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sevindik İsmayılzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sevindik İsmayılzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Sevindik İsmayılzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd və cəsur insan olub.
Ana: Hüseynova Fatma Alıkərəmqızı Ata: İsmayılov Ramil Şahsuvar oğlu Bacı: İsmayılzadə Ramilə Ramil qızı