İsrəfilov Vidadi Vaqif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İsrəfilov Vidadi Vaqif

Ata adı: Vaqif

🐣
Doğum — Daşkəsən
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vidadi Vaqif oğlu İsrəfilov 8 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. Daşkəsən rayonu A.Mürsəlov adına 2 saylı tam orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetində təhsil alıb. Daşkəsəndə və Gəncədə riyaziyyat müəllimi kimi fəaliyyət gözstərib.
Azərbaycan Ordusunun əsgəri olan Vidadi Vaqif oğlu İsrəfilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlıda döyüşüb. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Vətən müharibəsi başlayan kimi riyaziyyat müəllimi Vidadi İsrəfilov hərbi komissarlığa müraciət edərək, sentyabrın 29-da “öncə Vətən” deyib arxasında qoyduğu 5 və 6 yaşında olan iki balasını da öncə ata-anasına, sonra dövlətinə həvalə edib cəbhəyə yollanıb.

Döyüşlərdə göstərdiyi igidliklərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə "Cəsur döyüşçü", "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Vidadi Vaqif oğlu İsrəfilovAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiətli, gülərüz, mehriban, ailəcanlı, vətənpərvər, igid, qorxmaz biri olub. Riyaziyyat-informatika müəllimi olub, bütün şagird və müəllim heyəti tərəfindən sevilən müəllim olub. Hər an düşmən işğalında olan torpaqlarımızın işğaldan azad olunmasının arzusunda olub və öz şagirdlərinidə vətənpərvər ruhu aşılayıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Daşkəsən rayonu, A.Mürsəlov adına 2 saylı tam orta məktəbi
Ali Təhsil Gəncə Dövlət Universiteti
İş Yeri Daşkəsən rayonu Gürbulaq kəndi ümumi orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Əliyeva Şahnaz Elxan qızı Oğlu: İsrəfilzadə Ataxan Vidadi oğlu Qızı: İsrəfilzadə Xatun Vidadi qızı Ata: İsrəfilov Vaqif İsax oğlu Ana: İsrəfilzadə Almaz Oruc qızı Qardaş: İsrəfilov Eldəniz Vaqif oğlu Qardaş: İsrəfilov Əmrah Vaqif oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər