Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Vilayət
Kamallı Kamal Vilayət oğlu 16 noyabr 1995-ci ildə Şəki şəhərində anadan olmuşdur. 2002-ci il 1 sentyabrda Əyyub Namazov adın Şəki rayon Şəki kəndində 1-ci sinifə getmiş, 2013-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2014-2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində “N” saylı hərbi hissəsində hərbi xidmətdə etmişdir. Subay idi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 16.06.2021-ci ildə Laçın rayonu Cicimli kəndində avtomobil qəzasına düşərək şəhid olmuşdur. Şəki rayonunun Şəki kəndində torpağa tapşırılıb.
Şən, zarafatcıl biri olub. Həyat onun üçün sanki əyləncə idi. Gedəndə sanki hiss etmişdi, hər kəslə xüsusi olaraq görüşüb,
sağollaşmışdı. Gedərkən deyibmişki, Qarabağı heç kəs azad edə bilmədi, amma mən
azad edəcəm. Müharibə vaxtı evlə əlaqə saxlayan zaman deyibmişki, mənə bir şey olsa
problem deyil, bacımın yoldaşına bir şey olmasın, çünki o evlidir, övladı var , amma mən
subayam. Müharibə yoldaşları öz vəsaitləri hesabına şəhid olduğu yerdə adına bulaq
tikiblər.
Ata: Mehdiyev Vilayət Kamal oğlu, 01.11.1963 Ana: Mehdiyeva Adilə Cəlal qızı, 07.12.1964 Qardaş: Kamalov Tural Vilayət oğlu, 13.08.1987 Bacı: Kamalova Turanə Vilayət qızı, 13.01.1989 Bacı – Kamallı Tuba Vilayət qızı, 10.06.1990