Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ədalət
Elvin Kazımov 1987-ci il dekabrın 3-də Bakı şəhərində anadan olub.1993-2003-cü illərdə Xətai rayonunda 221 nömrəli tam orta məktəbdə, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. 2011-ci ildə Silahlı qüvvələrin Təlim və Tədris Mərkəzinin " Zabit İxtisas Kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23 iyun 2010-cu il tarixli əmri ilə " leytnant" hərbi rütbəsi verilib və "N saylı hərbi hissədə " leytnant vəzifəsində işə başlayıb.
Mexanikləşdirilmiş taborun qərərgah rəisinin kəşfiyyat üzrə köməkçisi - kəşfiyyat taqımının komandiri, motatıcı taqım komandiri, dağ - atıcı bölüyünün komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ( AHM) kursant taqım komandiri - müəllim köməkçisi, cəbhə bölgəsindəki hərbi hissənin motatıcı bölük komandiri vəzifələrində xidmət edib. " Kapitan " hərbi rütbəsinədək yüksəlib.
Azərbaycan Ordusunun kapitanı olan Elvin Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Kazımov oktyabrın 6-da Talış döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kazımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kazımov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Kazımov Elvin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilətəltif edilib
Təbiətcə sakit, təmkinli, gülərüz və mehriban idi. Döyüşdən əvvəl əsgərlərinə bu sözləri deyib: “Ayə heç kişi də ermənidən qorxarmı? Biz bura ölməyə deyil öldürməyə gəlmişik. Ölmək yoxdur yalnız öldürmək var. Əgər şəhid olacağıqsa düşməni məhv etdikdən sonra şəhadətə qovuşacağıq."
Ata: Kazımov Ədalət Kazım oğlu Ana: Kazımova Fədayə İsmayıl qızı Qardaş: Kazımov Elçin Ədalət oğlu Qardaş: Kazımov Elmir Ədalət oğlu Həyat yoldaşı: Kazımova Gülər Asif qızı Oğlu: Kazımlı Rəvan Elvin oğlu