Kazımov Əmir İlham
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Kazımov Əmir İlham

Ata adı: İlham

🐣
Doğum — Bakı Şağan qəsəbəsi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Bakı Şağan qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əmir Kazımov 29 yanvar 1998-ci ildə Xəzər rayonunun Şağan qəsəbəsində anadan olmuşdur. Əvvəlcə, Şağan qəsəbəsində yerləşən 124 nömrəli, sonra 230 nömrəli tam orta məktəbdə təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra bərbər olaraq çalışmışdır. Subay idi.
Əmir Kazımov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Əmir Kazımov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Əmir Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmir Kazımov 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 26 noyabr 2020-ci ildə doğulduğu Xəzər rayonunun Şağan qəsəbəsində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmir Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmir Kazımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmir Kazımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əmir Kazımov     3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Atası Kazımov İlham : “Biz bu gün Əmirlə fəxr edirik ki, belə bir oğul böyütmüşük və onun kimi mənim 5 oğlumda olsaydı, vətən yolunda, torpaqlarınmızın uğrunda döyüşə göndərərdik. Biz bu gün fəxr edirik ki, hamı "Dəmir yumruq" ətrafında birləşdi və torpaqlarımızın müdafiəsinə qalxdı. Bu qələbədə oğlum Əmirin payı danılmazdır”.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 230 saylı orta məktəb
İş Yeri Ailə Taksi şirkəti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Kazımov İlham Əmirməmməd oğlu Ana: Kazımova Xuraman Məmmədağa qızı Bacı: Kazımova Günel İlham qızı Bacı: Kazımova Fatimə İlham qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər