Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Qasım
Yunis Kazımov 1993-cü il sentyabrın 24-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra, hərbi xidmətə yollanıb. Quba rayonunda "N" saylı hərbi xidmətdə xid zamanı Xüsusi Təyinatlı Qüvvələrin ordusuna daxil olmuş və orada Azərbaycan Ordusuna xidmətini davam etmişdir. 2-ci Qarabağ müharibəsi (44 günlük) bitdikdən sonra 2021-ci ildə ailə həyatı quran Yunis Kazımovun şəhid dostunun adını verdiyi Əli adında bir oğluda var.
Yunis Kazımov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Hadrut, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Yunis Kazımov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Yunis Kazımov “Vətən uğrunda” medalı ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Yunis Kazımov III dərəcəli “Rəşadət” ordeni ilə tətif edilib.
Çox mehriban, ağıllı, qayğıkeş, vətənpərvər insan olub.
Ata: Kazımov Qasım Yunis oğlu Ana: Kazımova Fəxriyyə Məmmədhəsən qızı Qardaş: Kazımov Rəşadət Qasım oğlu Həyat yoldaşı: Kazımova Zöhrə Nemət qızı Oğlu: Kazımzadə Əli Yunis oğlu