Kəlbiyev Şaiq Namik
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Kəlbiyev Şaiq Namik

Ata adı: Namik

🐣
Doğum — Bakı Sahil qəsəbəsi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Bakı Lökbatan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Tərtər ⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məкtəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildə təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məкtəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012-2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb.
Şaiq Kəlbiyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət olub. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji nöqtəsinin işğaldan azad edilməsi zamanı fərqlənib.

Könüllü olaraq SHXÇDX-nin Qaradağ Rayon Şöbəsinə müraciət edən Şaiq Kəlbiyev, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şaiq Kəlbiyev oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunun Sahil qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Şaiq Kəlbiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Şaiq Kəlbiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şaiq Kəlbiyev  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Çox səmimi övlad olub. Vətəninə çox bağlı olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sahil qəsəbəsi 313 saylı orta məktəb
İş Yeri "Tərəqqi" firması
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Kəlbiyev Namiq Musarza oğlu Ana: Kəlbiyeva Səkinə Əliş qızı Qardaş: Kəlbiyev Orxan Namiq oğlu Bacı: Kəlbizadə Hökümə Namiq qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər