Kərəmov Zaməddin Bahadur
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Kərəmov Zaməddin Bahadur

Ata adı: Bahadur

🐣
Doğum — Oğuz Bucaq kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Oğuz Bucaq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Zaməddin Kərəmov 24 yanvar 2001-ci ildə Oğuz rayonunun Bucaq kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Bucaq kənd orta məktəbində təhsilini almışdır.
2019-cu ilin yanvarın 24-də hərbi xidmətə başlayıb. 2020-ci ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. İkinci Qarabağ müharibəsinə Şəmkir korpusunun "Həmlə 319" batalyonunun tərkibində qatılıb. Suqovuşan kəndinin alınmasında iştirak edib. Kəlbəcər istiqamətində Murovdağ silsiləsində "Canavar qulağı" postunun alınması uğrunda gedən döyüşlərdə ürəyindən aldığı qəlpə yarası nəticəsində şəhid olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Zaməddin Kərəmovun nəşi tapılıb və 16 dekabrda doğulduğu Bucaq kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaməddin Kərəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Zaməddin Kərəmov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Zaməddin Kərəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Zaməddinin olduqca çalışqan, tərbiyəli və vətənpərvər olması idi. Yoldaşlarından istər tərbiyəsinə istərsədə yaxşı yoldaş kimi davranışlarına görə seçilirdi. Məktəb illərində müəllim və şagird kollektivinin dərin hörmətini qazanmışdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oğuz rayonu, Bucaq kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Kərəmov Bahadur Zaməddin oğlu Qardaş: Kərəmov Səxavət Bahadur oğlu Bacı: Səfərova Xatın Bahadur qızı Qardaş: Kərəmov Nihad Bahadur oğlu Qardaş: Kərəmov Amil Bahadur oğlu Ana: Süleymanova Vüsalə Vaqif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər