Kərimli Məhəmməd Məzahim
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Kərimli Məhəmməd Məzahim

Ata adı: Məzahim

🐣
Doğum — Neftçala
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Neftçala Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məhəmməd Kərimli 16 dekabr 2000-ci ildə Azərbaycanın Neftçala rayonunda anadan olmuşdur. Məhəmməd 2007-ci ildə Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbində 1-ci sinifə daxil olmuşdur. Məhəmməd uşaq yaşlarından şahmat, güləş, boks və basketbolla məşğul olmuş və hər birindən müxtəlif dərəcələr almışdır. 2016-cı ildə Bakı şəhəri Bakı Qida Sənayesi kollecinin Ət və süd məhsullarının texnologiyası fakültəsinin əyanı şöbəsinə daxil olmuşdur. 2020-ci ildə isə həmin kollecdən məzun olmuşdur.
Məhəmməd Kərimli 23 iyul 2020-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrə seçilərək xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində könüllü olaraq xidmət etmişdir. O, Kəlbəcər, Füzuli, Xocavənd və Murovdağ döyüşlərində yaxından iştirak etmişdir. Məhəmməd Kərimli sentyabrın 30-da Murovdağ uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Məhəmməd Kərimli oktyabrın 6-da Neftçala rayonunda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Kərimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Kərimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Kərimli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Kərimli ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Kərimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Məhəmməd Kərimli çox mehriban, ürəyiaçıq uşaq idi. Olduqca vətənpərvər idi. Hərbiçi olmaq istəyirdi. Həmişə deyirdi ki, mən XTQ-də xidmət etmək istəyirəm. Elə də oldu. 23.07.2020-ci ildə hərbi xidmətə yollandı. Orada XTQ-ə seçilmiş və kəşfiyyat qrupunda xidmətini davam etdirmişdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Neftçala rayon, E. Həbibov adına 4 saylı tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Kərimov Məzahim İbrahim oğlu Ana: Kərimova Gülşən Nizami qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər