Salamlawmada deyesen sehvlık edırem
.
.
Namaz
Salamlawmada deyesen sehvlık edırem
D
Ata adı: Müslüm
Qalası Kərimli 8 yanvar 2000-ci ildə Hacıqabul rayonunun Muğan qəsəbəsində Müslüm və Anaxanım Kərimlilərin ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Qalası Kərimli 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2019-cu ilin iyul ayında hərbi xidmətini başa vurmuş və mülki fəaliyyətinə davam etmişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Qalası Kərimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Qalası Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xocavənd rayonunun Tuğ kəndində və Hadrut qəsəbəsində keçirilən əməliyyatlarda fərqlənmişdir. Qalası Kərimli 2 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuş, itkin düşmüşdür.
Onun nəşi 5 ay tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Edilən intensiv axtarışlar və görülən zəruri tədbirlər nəticəsində Qalası Kərimlinin nəşi 20 aprel 2021-ci ildə tapılmışdır. Doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbəsində dəfn edilmişdir.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalası Kərimli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qalası Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qalası Kərimli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Qalası Kərimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Qalası Kərimli “Füzulinin azad olunmasına görə” medalı ilə ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Qalası Kərimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ağıllı, qanacaqlı, mərd, ailəcanlı gənc idi. Şuşaya hücuma keçməzdən əvvəl komandiri əsgərlərə müraciət edərək, kim könüllü Şuşaya döyüşə getmək istəyirsə irəli çıxsın dedikdə irəli çıxan 5 əsgərdən biri olub.
Ata: Kərimov Müslüm Qəsəd oğlu Ana: Kərimova Anaxanım Balaqardaş qızı Qardaşı: Kərimli Qəsəd Müslüm oğlu Bacı: Kərimova Səadət Müslüm qızı Bacı: Kərimova Nüşabə Müslüm qızı Bacı: Kərimova Tahirə Müslüm qızı