Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Zaur
Eltun Kərimov 1 fevral 2001-ci ildə Rusiyanın Sverdlovsk vilayətinin Krasnoturinsk şəhərində anadan olmuşdur Əslən Şəki şəhərindən idi. 2008-ci ildə Krasnoturinsk şəhər 5 saylı beynəlmiləl tam orta məktəbdə təhsil almışdır. Təhsilini 2015-ci ildən Şəki şəhər 9 saylı tam orta məktəbin rus bölməsində davam etdirmiş və 2018-ci ildə məktəbin 9-cu sinfindən məzun olmuşdur. Ailəsində özündən başqa bir qardaşı və bir bacısı var idi. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Eltun Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Eltun Kərimov 15 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şəki şəhərində yerləşən "Dovşan düzü" qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Kərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Eltun Kərimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Eltun Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tərbiyəli, xeyirxah biri olub. İri çaplı pulemyotun mahir atıcısı olub.
Ata: Kərimov Zaur Nütvəli oğlu Ana: Qafarova Aybəniz Ramiz qızı Bacı: Kərimova Banu Zaur qızı Qardaş: Kərimov Pərviz Zaur oğlu