📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Ələddin
Kərimov Kamil Ələddin oğlu 2 iyul 1995-ci il tarixdə Qazax rayonunun Ürkməzli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Kamil Kərimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. O, Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə 1 oktyabr tarixində qəhrəmancasına şəhid olub.
Ölümündən sonra şəhid Kərimov Kamil “Kəlbəcərin azadlığı uğrunda” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Kərimov Kamil Ələddin oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Hər kəslə dost idi, çox ağıllı, vətənpərvər, mülayim, dünyagörüşlü bir övlad idi.
Ana: Kərimova Həbibə Tapdıq qızı