Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Saleh
Zaur Kərimov 2 fevral 1996-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır.
Sərhəd Qoşunlarında xidmət edən Zaur hərbi xidmət müddətini bitirdikdən sonra Bərdədə hərbi kurs keçmişdir. Hərbi kursu bitirən Zaur yenidən orduya qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olur və Xüsusi Təyinatlı Qüvvələrdə əsgər olaraq xidmətinə davam edir.
Azərbaycan Ordusunun əsgəri olan Zaur Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və snayper olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaur Kərimov 28 oktyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Çanaqçı-Şuşa istiqamətində ağır döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 28 oktyabrda Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Şuşa şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Anası Kərimova Dilşad: Zaur üç oğlumun ikincisi idi. Ağıllı, boy-buxunlu, idmançı, yaraşıqlı, mehriban, anacanlı oğul idi. Dərsdən sonra idmana, yarışlara gedirdi. Uşaqlarımız çox şükür pis əməl, pis vərdiş sahibi olmayıblar. Zaur dost, yoldaş qədri bilən, paylaşmağı, bölüşməyi, halallığı, düzlüyü sevən insan idi. O siqaret çəkməz, içki içməz, yalan danışmazdı, namaz qılırdı. Sonuncu dəfə avqustun 30-da qardaşının ad günündə gəlmişdi. Gedəndə dedi ki, bir həftədən sonra məzuniyyət götürüb gələcəyəm. Çox sevindim. Hələ də gözləyirəm. Yoxluğu ilə barışa bilmirəm.
Atası Kərimov Saleh: Zaurun idmana çox böyük həvəsi var idi. Mənim kimi əvvəldə futbolçu olmaq istəyirdi. Mən də vaxtilə idmançı olmuşam. Rayonun “Şirvan” futbol komandasının hücumçusu olmuşam. Hərdən öz yaşıdlarımı toplayırdım gedib rayonun stadionunda Zaurun komandası ilə futbol oynayırdıq. Zaur ikinci oğlum olsa da qardaşları Anar və Ruslandan həm fiziki, həm mənəvi, həm də psixoloji cəhətdən güclü idi. Əsgərlikdən əla Xasiyyətnamə, Fəxri fərmanla qayıtdı. Sonradan hərbidə işləməyə başladı. Sentyabrın 26-da Zaurgilin taboru döyüş bölgəsinə gedib. Zaur 27 oktyabradək Füzuli, Xocavənd, Qubadlı, Şuşa, Laçın rayonlarının işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərib.
Ata: Kərimov Saleh Heybət oğlu Ana: Kərimova Dilşad Ağamməd qızı Qardaş: Kərimov Anar Saleh oğlu Qardaş: Kərimov Ruslan Saleh oğlu