Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Eyvaz
Sərxan Köklərov 1987-ci il iyunun 9-da Balakən rayonunun Tülü kəndində anadan olub. 1993-2002-ci illərdə M.P.Vaqif adına Tülü 1 saylı kənd tam orta məktəbdə təhsil alıb. Evli idi, 3 övladı yadigar qaldı.
Sərxan Köklərov 2005-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidməti tamamladıqdan sonra ordu sıralarında MAHHXHQ kimi xidmətini davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin tibb məntəqəsində sanitar sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sərxan Köklərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sərxan Köklərov daha sonra 2023-cü il sentyabrın 19-u başlanan və cəmi 24 saat davam edən antiterror əməliyyatında Ağdərədə gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Köklərov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Sərxan Köklərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Sərxan 14-il ordu sıralarında xidmət etmişdi. Cəsur, vətənpərvər və ailəsinə bağlı idi. İkinci Qarabağ müharibəsində iştirak etmiş və bir neçə medallarla təltif olunmuşdur. Böyük şücaət göstərərək öz silah yoldaşlarını dəfələrlə döyüş meydanından çıxartmışdır
Ata: Köklərov Eyvaz Musa oğlu Ana: Köklərova Xalisət Davud qızı Həyat yoldaşı: Köklərova Günel İntiqam qızı Qızı: Köklərova Məryəm Sərxan qızı Qızı: Köklərova Aysu Sərxan qızı Oğlu: Köklərov Yusif Sərxan oğlu