Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Kamran
Mayıl Kürəbəyov 2 aprel 2001-cı ildə Qusar rayonunun Urva kəndində dünyaya göz açmışdır. Orta təhsilini 2019-cu ilədək almışdır.
Orta təhsilini aldıqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olan Kürəbəyovun xidmətinin bitməsinə az qalmış Vətən müharibəsi başlamışdır.
Azərbaycan Ordusunun əsgəri olan Mayıl Kürəbəyov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirəkən şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Kürəbəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Kürəbəyov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyününbərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlikgöstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifəborcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mayıl Kürəbəyov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltifedilib.
Mərd, cəsur, ailəcanlı, dostcanlı, vətənpərvər, igid oğlan olub.
Ata: Kürəbəyov Kamran Mayıl oğlu Ana: Kürəbəyova Səyidə Xaliddin qızı Qardaş: Kürəbəyov Ruslan Kamran oğlu