Lələyev İbrahim Həzrətqulu
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Lələyev İbrahim Həzrətqulu

Ata adı: Həzrətqulu

🐣
Doğum — Masallı Hişkədərə kəndi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Masallı Hişkədərə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İbrahim Lələyev 1996-cı il avqustun 25-də Masallı rayonunun Hışgədərə kəndində anadan olub. 2002-2014-cü illərdə E. Ağayev adına Hışgədərə kənd tam orta məktəbində təhsil alıb.
İbrahim Lələyev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun əsgəri olan İbrahim Lələyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Lələyev oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Lələyev ölümündən sonra "Vətən uğrunda" "Cəbrayıl uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Lələyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İbrahim Lələyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İbrahim Lələyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Müəllimi: Məktəbdə sakit davranışı ilə seçildiyi üçün müəllimləri tərəfindən sevilərdi. İdman dərslərində xüsusi fəallıq göstərərdi,

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəhid Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbi
İş Yeri Ticarətçi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Lələyev Həzrətqulu Ahıl oğlu Ana: Adıyeva Gülzar Daxıl oğlu Qardaş: Lələyev İsmayıl Həzrətqulu oğlu Bacı: Xansuvarova Gülnar Həzrətqulu qızı Bacı: Abdullayeva Əsmər Həzrətqulu qızı Bacı: Lələyeva Günel Həzrətqulu qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər