Lətifov Elməddin Qabil
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Lətifov Elməddin Qabil

Ata adı: Qabil

🐣
Doğum — Bərdə Xanağalı kəndi
🕊️
Şəhadət — Bakı Respublika Yanıq Mərkəzi
📍
Dəfn Olunduğu Yer Bərdə Xanağalı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Lətifov Elməddin Qabil oğlu 1987-ci il oktyabr ayının 31-də Bərdə rayonu Xanağalı kəndində anadan olmuşdur. Elməddin Lətifov orta təhsilini Xanağalı kənd orta məktəbində  almışdır.  

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elməddin Lətifov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Elməddin Lətifov  Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanmış, 2023-cü il sentyabr ayının 25-də Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzində dünyasını dəyişmişdir. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elməddin Lətifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xanağalı kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Lətifov Qabil Sabir oğlu Ana: Lətifova Rəfiqə Alı qızı Qardaş: Lətifov Sabir Qabil oğlu Bacı: Lətifova Aysabah Qabil qızı Qardaş: Lətifov Nİyaməddin Qabil oğlu Həyat yoldaşı: Allahverdiyeva Şəbnəm Malik qızı Qızı: Lətifli Dərya Elməddin qızı Oğlu: Lətifzadə Qabil Elməddin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər