Lətifov Rəşid Güləhməd
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Lətifov Rəşid Güləhməd

Ata adı: Güləhməd

🐣
Doğum — Masallı Tatyanoba kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Masallı Tatyanoba kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub. 2006-cı ildə Güllütəpə kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2017-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2018-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunub. 2019-cu ilin avqust ayında MAHHXHQ kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib.

Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Füzuli və Kəlbəcər rayonunlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Rəşid Lətifov 01.10.2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidin nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Güləhməd oğlu Lətifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəşid Lətifov  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Vətənə bağlı, ana və atasına hörmət edən ailəsevər gənc idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Masallı rayonu, Güllütəpə tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qılıncov Güləhməd Cahil oğlu Ana: Lətifova Sevinc Arif qızı Bacı: Lətifova Vəfa Güləhməd qızı Qardaş: Lətifov Əhməd Güləhməd oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər