Lətifov Rəvan Ömür
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Lətifov Rəvan Ömür

Ata adı: Ömür

🐣
Doğum — Oğuz Xaçmaz kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Oğuz Xaçmaz kənd qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2008-ci ildə Xaçmaz kəndinə V.İbrahimov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsilin təşkili və idarə olunması ixtisasına daxil olmuşdur. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun "N" saylı hərbi hissəsində Tank əleyhinə batareyada hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsində işləmişdir. Daha sonra Oğuz rayonu Sincan kənd tam orta məktəbində təşkilatçı müavin vəzifəsində çalışmışdır.

Rəvan Lətifov təvəzökar, ailəcanlı və vətənpərvər insan idi. 1990-cı ilin Qanlı Yanvar hadisələri, 1992-ci ilin fevralın 25–26-da baş verən Xocalı soyqırımı və ümumilikdə Birinci Qarabağ müharibəsində Azərbaycan xalqının yaşadığı faciələr onun milli ordu sıralarına qoşulmasına böyük təsir göstərmişdir.
Atası Lətifov Ömür meşə təsərrüfatı üzrə mütəxəssis, anası Gültəkin xanım müəllimə idi. Bir qardaşı və iki bacısı var. 2016-cı ildə ailə həyatı qurmuşdur və bir övladı var.
Rəvan Lətifov 29 sentyabr 2020-ci ildə Milli Ordu sıralarına qoşulmuşdur. Bir ay ərzində Gəncə şəhərinin "N" saylı hərbi hissəsində təşkil edilən intensiv hərbi təlimlərdə iştirak etdikdən sonra Qarabağ uğrunda gedən aktiv hərbi əməliyyatlara qoşulmuşdur. 29 oktyabr tarixində Tank əleyhinə batareyanın əsgəri vəzifəsində Fizuli rayonunun İkinci Mahmudlu kəndinin düşmən işğalından azad edilməsində iştirak etmişdir. 2020-ci ilin 6 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunması əməliyatında fəal iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmişdir.
6 noyabr tarixində Rəvan Lətifovun iştirak etdiyi batareya Daşaltı-Şuşa istiqamətində hücuma keçir. Bu onun son döyüşü idi. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Rəvan Lətifov qəhrəmancasına şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır. O, 16 noyabr tarixində Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Ömür oğlu Lətifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Ömür oğlu Lətifov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Ömür oğlu Lətifov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəvan Ömür oğlu Lətifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Rəvan həmişə sakit təbiətli , gülərüz, mehriban insan idi. Müəllimi olduğu kollektivin hər zaman sevimlisi olmuşdur. Hər zaman şagirdləri tərəfindən hörmət qoyulan, sayılıb seçilən müəllim olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oğuz rayonu Vüqar İbrahimov adına 2 saylı Xaçmaz kənd orta məktəbi
Ali Təhsil Azərbaycan Dövlət Pedaqoji Univesiteti
İş Yeri Oğuz rayonu, Əsabəli Abduhüseyinov adına Sincan kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Lətifov Ömür Mirzə oğlu Ana: Lətifova Gültəkin Baba qızı Qardaş: Lətifov Mirzə Ömür oğlu Bacı: Xasayeva Aytən Ömür qızı Bacı: Dəmirova Nərmilə Ömür qızı Həyat yoldaşı: Lətifova Pünhan Fərman qızı Oğlu: Lətifov Ömür Rəvan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər