Mahmudov Murad Mahir
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mahmudov Murad Mahir

Ata adı: Mahir

🐣
Doğum — Şəki Çayqaraqoyunlu kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Şəki Çayqaraqoyunlu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Murad Mahmudov 1995-ci il aprelin 12-də Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.

Ailəli idi. Damla və Aysu adında qızları yadigar qaldı.
Murad Mahmudov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun çavuşu olan Murad Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Murad Mahmudov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Murad Mahmudov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə və ”Cəsur döyüşçü" medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Murad Mahmudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Tərbiyəli biri olub. Ailəsi ilə telefon zəngi zamanı hər dəfə anasına deyirmiş ki, Allaha dua et mənə görə.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəki rayonu, Çayqaraqoyunlu kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Mahmudov Mahir Məhyəddin oğlu Ana: Mahmudova Sahibə Hümmət qızı Qardaş: Mahmudov Mayıl Mahir oğlu Qardaş: Mahmudov Münasib Mahir oğlu Qardaş: Mahmudov Taleh Mahir oğlu Qardaş: Mahmudov Ramal Mahir oğlu Həyat yoldaşı: Mahmudova Əsmər Cəsarət qızı Qızı: Mahmudova Damla Murad qızı Qız: Mahmudova Aysu Murad qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər