Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ramazan
Natiq Mahmudov 1998-ci il fevralın 2-də Zaqatala rayonunun Muxax kəndində anadan olub. 2004-2015-ci illərdə A.Bubuşov adına Muxax kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Natiq Mahmudov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.Natiq Mahmudov noyabrın 5-də Şuşa döyüşləri zamanı ağır yaralanıb. Uzun müddət Respublika Neyrocərrahiyə Xəstəxanasında komada qalıb. Dekabrın 26-da şəhid olub. Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Natiq Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Natiq Mahmudov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Natiq Mahmudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Natiq Mahmudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bacısı: Çox mehriban, qayğıkeş, valideynlərinə böyük hörmət bəsləyən, evimizin son beşiyi olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb, 26.12.2020-ci il tarixdə Neyrocərrahiyyə Klinikasında vəfat edib.
Ata: Mahmudov Ramazan Mahmud oğlu Ana: Mahmudova Xədicə Oruc qızı Qardaş: Mahmudov Mahmud Ramazan oğlu Bacı: Mahmudova Türkan Ramazan qızı