Mahmudov Rəşad Rəşid
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Mahmudov Rəşad Rəşid

Ata adı: Rəşid

🐣
Doğum — Biləsuvar Aşağı Cürəli kəndi
🕊️
Şəhadət — Tovuz
📍
Dəfn Olunduğu Yer Biləsuvar Aşağı Cürəli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tovuz

Təltif Edildiyi Orden və Medallar

İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəşad Mahmudov 2 iyul 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra 2007–2010-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur.


Rəşad Mahmudov 2014-cü ildə ali hərbi məktəbi bitirmiş və leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır. Xidmətinin ilk illərində Ağstafada, son illərində isə Tovuzda, təmas xəttində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rəşad Mahmudov Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.

2020-ci il iyulun 12-dən 13-nə ötən gecədən başlayaraq cəbhənin Tovuz rayonu, xüsusilə, rayonun Ağdam kəndi istiqamətində şiddətli döyüşlər başladı. Bu döyüşlər tarixə Tovuz döyüşləri olaraq yazıldı. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Rəşad Mahmudov da bu döyüşlərdə xüsusi fəallıqla vuruşurdu. Rəşad Mahmudov 13 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

İyulun 13-də Rəşad Mahmudov, doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn olundu. Onunla vida mərasiminə Ordunun zabitləri, icra hakimiyyətinin rəsmiləri, yerli sakinlər də qatıldı.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mahmudov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, igid, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəmşid Naxçıvanski adına hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası, Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mahmudov Rəşid Bədir oğlu Ana: Hüseynova Suda Xudakərim qızı Qardaş: Mahmudov Rəis Rəşid oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər