Mahmudov Tamerlan Fuad
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mahmudov Tamerlan Fuad

Ata adı: Fuad

🐣
Doğum — Bakı Suraxanı rayonu
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Suraxanı rayonu, Dədə-Qorqud qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tamerlan, 1995-ci il martın 21-də Bakı şəhərində anadan olmuşdur. Bir bacısı var. 1998-ci ildə anasıyla birlikdə Sankt-Peterburq şəhərinə gedir. Bir müddət anası ilə burada yaşayır. Lakin səhhəti ilə bağlı orada çox qala bilmir. Və Bakıya sevimli nənəsinin və onu sevən xalalarının yanına yaşamağa gəlir. Buna baxmayaraq O, bayramlarda və tətillərdə anasıylada tez-tez görüşür.2002-2006-cı illərdə 107 saylı orta məktəbdə, daha sonra isə Milli qəhrəman Məzahir Rüstəmovun adını daşıyan 32 saylı orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından öz qeyri-adi istedadı, musiqiyə olan marağı ilə öz yaşıdlarından seçilirdi. Elə bu marağa görədə o təhsilini 2006-cı ildə Mərdəkan qəsəbəsində yerləşən 2 nömrəli İnternat məktəbində davam etdirməyi qərara alır. Çünki Tamerlanın seçdiyi musiqi aləti olan "Tuba ifaçilığı" məhz bu internat məktəbində tədris edilirdi. O, burada 5 il təhsil alır və 2011-ci ildə müəllimi Rafael Bağıroviç Əzimovun köməkliyi ilə Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinə musiqiçi kimi işə qəbul olunur. Burada 2 il dirijor və müəllimi Rzayev Əlibalanın rəhbərliyi altında müxtəlif konsert və tədbirlərdə çıxışlar edir.

2013-cü ildə vətənə xidmət borcunu ödəmək üçün yola düşür. Goranboy, Murovdağ kimi yerlərdə xidmət göstərir. Murovdağda N saylı hərbi hissədə atıcı və manqa komandiri kimi xidmətini başa vurur. 2014- cu ildən fəaliyyətinə qaldığı yerdən davam edir. Bir çox konsertlərdə, səhnələrdə öz dostları ilə yaratdığı kiçik musiqi qrupları ilə çıxışlar edir. Ünsiyyətcil və mehriban olması ona onu çox sevən və daima dəstəkləyən çoxlu dostlar qazandırmışdı. Onun musiqiyə olan həvəsi, istedadı imkan verirki o, simli alətlərdə də özünü sınasın. Bu onda çox yaxşı alınırdı. O, eyni zamanda gitarada da ifa etməyə başlayır. Bununla yanaşı, DSX-nin hərbi orkestrində 2018-ci ilədək çalışır. Oradan ayrıldıqdan sonra isə 2018-ci ildən isə Dövlət Nəfəs Alətləri Orkestrində işə düzəlir.

Olduqca mükəmməl musiqi bacarığına malik olan bu gənc musiqiçi "orkestr alətləri" şöbəsində nadir alət olan "tuba ifaçısı" kimi ölkəmizi yerli və xarici səhnələrdə təmsil edir. Peşəkar fəaliyyətində əldə etdiyi nailiyyətlərinə, uğurlu və fəal iştiraklarına görə respublika, eləcə də müxtəlif səviyyəli beynəlxalq müsabiqələrdə diplomlara layiq görülür. Tamerlan ailə üzvləri arasında ən çox nənəsini istəyir və onun sözünə hər zaman diqqət edirdi. Nənəsinə həmişə "ürəyim sənə qurban!" deyərdi. Elə sevimli nənəsinində təkidi ilə musiqi təhsilini davam etdirmək üçün 2016-cı ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə öz sənədlərini verir. Və oranı 2020-ci ildə öz sevimli aləti üzrə bitirir. Kollecdə oxuduğu illər ərzində də bir çox uğurlara imza atır. Qrup yoldaşları ilə birlikdə konsert salonlarında öz məktəbini təmsil edir. Onun dostları və qrup yoldaşları deyirki Tamerlanın çox gözəl səsi var idi. Tamerlan eyni zamanda Kollecin Xor Kollektivi ilə birlikdə, tədbirlərdə iştirak edirdi. Onun hər tərəfli istedada malik olması özünü bu sahədə də göstərirdi. Tamerlan dərslərinin və işinin çox olmağına baxmayaraq məşqlərə qatılır. Və canla-başla iştirak edərdi.

Onun ürəyi musiqi ilə döyünürdü. Gələcəyə dair çoxlu planları, arzu və istəkləri vardı. Lakin musiqiyə, ailəsinə olan bağlılığı onun vətəninə, torpağına olan sevgisinin qarşısına keçə bilmir. O, könüllü şəkildə yazılaraq döyüşlərə qatılır. Füzulinin, Cəbrayılın azad olunmasında iştirak edir. Son dəfə oktyabrın 17-də ailəsinə zəng edir. Onları çox sevdiyini və yaxşı bir xəbərin onları gözlədiyini deyir. Oktyabrın 18-də isə ailəsinə onun şəhid xəbəri verilir. O, özünü fəda edərək döyüş yoldaşlarını xilas edərkən şəhidlik zirvəsinə ucalır. Tamerlanın şəhid xəbəri ailəsi, dostları, döyüş yoldaşları qədər hətta onu tanımayanları belə çox üzür. Ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Yaşadığı binanın girişində onun xatirə lövhəsi vurulmuşdur. Hərbi orkestr kollektivinin Tamerlanın məzarı üstündə ifa etdiyi Azərbaycanın dövlət himni isə dostlarının ona vidası kimi qəbul oluna bilər.

Yazdığı tarixlə yanaşı, Tamerlandan geriyə qalanlar onun ailəsi və dostları ilə keçirdiyi xoş xatirələr, onun fotoşəkilləri, qrup yoldaşları ilə birlikdə çıxışları və əldə etdiyi nailiyyətlər oldu.
Azərbaycan Ordusunun əsgəri olan Tamerlan Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Füzuli döyüşlərində şəhid olmuşdur.

Tamerlanın şəhid xəbəri ailəsi,dostları,döyüş yoldaşları qədər hətta onu tanımayanları belə çox üzür.Döyüş yoldaşlarının və komandirlərinin dediyinə görə O çox mərd,güclü və döyüşkən idi.Sonuncu döyüşdə əgər onun qəhrəmanlığı olmasaydı bəlkədə Birinci Manqanın onun döyüş yoldaşlarının sağ-salamat çıxma ehtimalı 0-a bərabər idi.O,özünü fəda edərək döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olur.Onun döyüş yoldaşları və komandirləri deyirki əgər o olmasaydı biz həyatda olmazdıq.Tamerlana öz canı qanı bahasına onları xilas etdiyi üçün çox minnətdardılar. Tamerlan Mahmudov Suraxanı rayonu Dədə qorqud qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Mahmudov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tamerlan Mahmudov ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tamerlan Mahmudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Musiqi dinləməkdən zövq alardı. Ən çox da ailəsini və nənəsini çox sevirdi. Vətəninə, torpağına çox bağlı idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 32 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Mahmudova Elmira Tofiq qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər